Haqqımızda

NOBEL ELEKTRİK MMC şirkəti 2007-ci ildə Bakıda fəaliyyətə başlayıb, elektrik, istilik və soyutma sistemləri sahəsində qiymət, xidmət və keyfiyyət göstəriciləri üzrə sektorunda lider olma hədəfinə doğru əminliklə addımlamaqdadır.

Şirkət əməliyyatları üç əsas istiqamətdə yönəldilib: satış, servis və tətbiqetmə işləri. Elektrik mallarının və avadanlıqlarının, generatorların, stabilizatorların və istilik sistemlərinin satışı və servisi, həmçinin elektrik şitlərinin yığımı, satışı və quraşdırılması, binaların elektrik və mexanik işlərinin öhdəlik götürülərək təhvil verilmə işləri üzrə ixtisaslaşmışdır.

Aksa generatorları, Jett markalı stabilizatorlar, Kiswel qaynaq çubuqları və materialları, Nexans kabelinin rəsmi nümayəndəsi, Schneider, Gewiss, Yavuz/Tongün panoları, NOAS, Prysmian/2M/Erse/EKT kabelləri, Mutlusan, Bemiş, T-plast, İzeltaş əl alətlərinin səlahiyyətli satıcısı olaraq geniş çeşidli mallarla xidmət göstərib, qiymət və keyfiyyət mənfəətindən sizə də faydalı olmaqdan şərəf duyarıq.

Bu günə qədər şirkətimizin daha sıx əməkdaşlıq etdiyi şirkətlər:

“SOCAR”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Prokon MMC, Pasha İnshaat MMC, Azersun Holding, Azərsu ASC, “İnnovasiyalar Mərkəzi” MMC, "Bakı Telefon Rabitəsi" MMC, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, North West Construction, Norm MMC, Holcim ASC, Azerconnect MMC, Bos Shelf MMC, Saipem, AZFEN J.V., Technip Italy S.p.A – Azerbaijan, Veyseloglu MMC, Azpetrol LTD MMC, Safe Life MMC, Universal Pro MMC, Kontinent Inshaat MMC, Megaaz MMC, Azercell Telekom MMC, URBN Limited, Azertexnolayn MMC, Ilk Construction, Global Energy Solutions MMC, SinerjiPro Construction, Sigma Ltd, Dia Holding, Modern Construction Group LLC (MCG), A+A Security MMC, Rapid Solitons LTD, Aztelecom, YapiKredi Bank və s.

Həmçinin bir çox dövlət qurumları tərəfindən keçirilən açıq satınalma müsabiqələrində müntəzəm olaraq iştirak edirik.

Şirkət olaraq neft və qaz sənayesinə aid olan bir çox malların təchizatını həyata keçirmişik. Bunlara misal olaraq generatorlar və ehtiyat hissələri, ups-lər, elektrik malları, projektorlar, elektrik şitləri, kabellər, xilasetmə salları, müxtəlif növ nasoslar, mərkəzdənqaçma nasosları, elektrik mühərrikləri, NÖC və avtomatika vasitələri, quyudibi mühərriklər, separatorlar, klapanlar, kompressorlar və turbinlər, yükqaldırma avadanlıqları və kranlar, partlayışa davamlı avadanlıqlar, qaynaq aparatları və avadanlıqları, qaynaq çubuqları, polad əymələr, çevirici rəzələr, manometrlər, ilmə və stroplar, karbid və s. qeyd edə bilərik.
call-wallpaper
Sizə özəl güzəştli qiymət ?

Qiymət sorğusu göndərərək ən qısa zamanda sizin üçün hesablanmış xüsusi təklifi əldə edin

Qiymət təklifi al